August 2026
Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə qurumdan bildirilib. Qeyd edilib ki, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub. Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə […]
“Gəncə” basketbolçusu İslam Rzayevlə müqavilə müddətini artırıb
“Gəncə” klubu basketbolçusu İslam Rzayevlə müqavilə müddətini artırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib. Gəncə basketbol məktəbinin yetirməsi olan 24 yaşlı hücumçu ilə 2026/2027 mövsümünün sonuna kimi müqavilə bağlanıb.
“Murov Az Terminal” heyətini Keionna Makkeylə gücləndirib
“Murov Az Terminal” heyətini amerikalı voleybolçu Keionna Makkey ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib. Amerikalı hücumçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının […]
Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı
Bu gündən bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırılıb. Canlixeber.com xəbər verir ki, 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda avqustun 10–14-də donuzlarla bağlı bir sıra şəhər və rayonlarında yerləşən təsərrüfatlarda epizootoloji monitorinqlər keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq. Monitorinqlər zamanı ərazilərdə müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr […]
Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən şəxs Orxan Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 2025-ci ilin sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş […]
Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu – SƏBƏB
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb. Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, […]
SABAH tarix yazmağa hazırlaşır: Çempionlar Liqasında rəqibi “Orhus”dur
Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi “Orhus”un qonağı olacaq. Qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə […]
