1 min read

Azərbaycanda kirayə mənzil fonduna daha 204 mənzil əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində yerləşən 204 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. Canlixeber.com xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır. Yeni mənzillər seçim üçün avqustun 12-də, saat 15:00-dan açıq olacaq. Vətəndaşlar […]

1 min read

Həbsdə olan məhkumun basdırdığı avtomat aşkarlandı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ona məxsus 1 […]

1 min read

Kubalı voleybolçu Ana Yilian Kleger “Turan”a transfer olunub

​Kuba voleybol millisinin hücumçusu Ana Yilian Kleger 2026/2027 mövsümündə “Turan”da çıxış edəcək. Canlixeber.com xəbər verir ki, zəngin təcrübəyə malik voleybolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb. ​O, karyerası ərzində Azərbaycanda “Rabitə” və “Telekom” komandalarının da formasını geyinib. ​Kleger müxtəlif illərdə Türkiyə, Rusiya, Serbiya, Rumıniya və Çin çempionatlarında forma geyinib. ​Qeyd edək ki, 185 sm […]

5 mins read

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda edilmiş dəyişiklikləri imzalayıb. Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-4.13-cü maddəsində […]

1 min read

“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib

“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib. Sumqayıt təmsilçisi 26 yaşlı barziliyalı yarımmüdafiəçinin ilk xarici klubudur. O karyerası ərzində yalnız ölkəsinin komandalarında çıxış edib. Qeyd edək ki, tam adı Lukas Qabriel de Oliveyra olan futbolçu son dəfə Braziliyanın D Seriyasında çıxış edən “Ferroviario”da forma geyinib.

1 min read

Göyçayda onlayn narkotik satan iki nəfər həbs edildi

Göyçayda narkotiklərin onlayn satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Baba Babayev və Elgün İsgəndərli saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs […]

1 min read

Məmmədnağı Əkbərova yüksək vəzifə verildi

Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Qeyd edək ki, M.Əkbərov buna qədər Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.

3 mins read

Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmədə şahidlər ifadə verib

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin məhkəməsi şahid ifadələri ilə davam edib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahidlərdən biri də bulvarda gəmilərə nəzarət edən, eləcə də bilet satışı ilə […]

1 min read

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəblilər (U-15) arasında keçiriləcək beynəlxalq turnirə qatılacaqlar. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) rinqə çıxacaqlar. Sabah başlayacaq yarış 4 gün davam edəcək.