August 2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 5-də Bakıda transformator məntəqəsində (TM), Ağdaşda 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov, Məhəmməd […]
Bu gün hava necə olacaq?
Avqustun 5-də gözlənilən hava şəraiti elan edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə […]
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Canlixeber.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələriin tutulması məqsədilə elan olunub. Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək; yaradıcı və inzibati […]
Azərbaycan I Liqasının 2026/2027 mövsümünün püşkü atılıb
Azərbaycan I Liqasında 2026/2027 mövsümünün püşkü atılıb. Canlixeber.com xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında keçirilən püşkatma mərasimində I Liqanın 2026/2027 mövsümünün I və II dövrələrinin təqvimi müəyyənləşib. Çempionatda ötənilki kimi 10 komanda mübarizə aparacaq. I tur MOİK – “Şahdağ Qusar” “Şimal” – “Cəbrayıl” “Xankəndi” – “Səbail” “Mingəçevir” – “Zaqatala” “Baku Sportinq” – “Karvan-Yevlax” […]
“İmişli” heyətini müdafiəçi Əkbər Eyubovla gücləndirib
“İmişli” heyətini müdafiəçi Əkbər Eyubovla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında komandaya cəlb olunub. Ötən mövsümü “Mingəçevir”də icarə əsasında keçirən futbolçu Azərbaycanın U-21 millisinin də üzvüdür.
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
“Bakı Metropoliteni” QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində xətdə buraxılacaq ekspres avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-a qədər davam edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, “28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq […]
Hüseyn Həsənov barəsində həbs qərarı verildi
Moskvanın Presnenski məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi qərar qəbul edib. Maliyyə vəsaitlərinin qanuniləşdirilməsi (yuyulması) ilə bağlı cinayət işinə görə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Canlixeber.com bu barədə ura.ru saytına istinadən xəbər verir. Azadlıqdan məhrum edilməkdən başqa, məhkəmə H.Həsənovu 1 milyon rubl cərimələyib və ona iki il ərzində internetdə hər […]
Millimizin sabiq üzvü kariyerasını Türkiyədə davam etdirəcək
Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. Canlixeber.com xəbər verir ki, təcrübəli müdafiəçi Türkiyənin “Boluspor” klubu ilə rəsmi müqavilə imzalayıb. Müavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, ötən mövsümü “Karvan-Yevlax”da keçirən Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Sabah” və “Qarabağ” kimi klubların da formasını geyinib.
Gəncədə kişi oğlunun öldürüldüyü istixanaya gəldi, mühafizəçini bıçaqladı – TƏFƏRRÜAT
Gəncə şəhərində ata oğlunun qətlə yetirildiyi şirkətin mühafizəçisini bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə Gəncə şəhərindəki tərxun istixanasında baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Məmmədovun oğlu şəhər ərazisindəki tərxun istixanasında mübahisə nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisə şəxsi münasibətlər zəminində baş versə də, E.Məmmədov həmin istixananın sahibindən qisas almaq istəyib. O, oğlunun yas mərasimindən […]
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Üç rayonun qaz təhcizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Belə ki, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı 05.08.2026-cı il tarixində saat 18:00-dan 20.08.2026-cı il tarixində işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, […]
