August 2026
Beyləqanda maşın ağaca çırpıldı, dörd nəfər xəsarət aldı
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Zülfüqar Şükürovun sürdüyü “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişinləri – Adilə Şükürova, Məhsəti Səfəri və onun həyat yoldaşı, iranəsilli Azərbaycan vətəndaşı Hassani Səfər xəsarət alıblar. Faktla bağlı […]
Bakıda evdən 80 min manatlıq qızıl oğurlayan xadiməyə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən G.Abdullayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə G.Abdullayeva 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. İttihama əsasən, G.Abdullayeva tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə […]
İmişlidə balıqçı Araz çayında boğuldu
İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub. Canlixeber.com xəbər verir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib. Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb. E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Çimərlikdən meyit tapıldı
Bakıda çimərlikdə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 10-u saat 01 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində yerləşən çimərlikdə baş verib. Həmin çimərlikdə 35-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Rayonlarda şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Avqustun 10-u saat 11:00-a olan məlumatına əsasən 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, […]
Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ekvadoru Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşılıb. “Ekvador Respublikasının Milli Günü münasibətilə Ekvador xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Ekvador!”, – məlumatda qeyd olunub.
Sumqayıtda 61 yaşlı kişi avtomobilində vəfat etdi
Sumqayıtda 61 yaşlı kişi avtomobildə qəflətən dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi ərazisində qeydə alınıb. Belə ki,1965-ci il təvəllüdlü Bayramov Çingiz Həmdulla oğlu özünə məxsus “BYD” markalı avtomobili idarə edərkən qəflətən halı pisləşib və vəfat edib. Onun ölüm səbəbi araşdırılır.
Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var
Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var. Canlixeber.com xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qubada 7 kiloqram narkotik vasitə aşkarlandı
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb. Canlixeber.com xəbər verir ki, ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb. Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanıb. […]
DYP velosipedçilərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsindən velosipedçilərə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə idarə məlumat yayıb. Bildirilib ki, ölkəmizdə velosipeddən istifadənin genişlənməsi müsbət haldır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar. Müşahidələr göstərir ki, bəzi […]
