1 min read

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə.Tağıyev, M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

1 min read

UEFA Çempionlar Liqası: “Sabah” həlledici oyuna çıxır

Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi “Orhus”u qəbul edəcək. Matçda ədaləti fransalı referi Villi Delajo qoruyacaq. Yaşıl meydanda ona həmvətənləri Ervan Finjean və Valentin Evrar yan xətt hakimləri kimi dəstək olacaqlar. Dördüncü hakim funksiyası Erik Vattelyerə […]

1 min read

Bu gün paytaxtda yağış yağacaq

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm […]

1 min read

“Sabah”ın sabiq futbolçusu “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 33 yaşlı futbolçu 2026/2027 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş” klublarında da forma geyinib. Qeyd […]

1 min read

Bakıda dənizdə iki qadın boğulub

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci […]

1 min read

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından […]

1 min read

“Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişdi

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” görüşü Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq “Sumqayıt” – “Neftçi” qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib. Qeyd edək ki, Premyer Liqanın […]

2 mins read

Təyyarə ilə Naxçıvana uçmaq istəyənlərin NƏZƏRİNƏ

“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə […]

1 min read

Sabah Astarada qaz olmayacaq

Sabah Astara şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat 10:00-dan işlər yekunlaşanadək Astara şəhərinin qaz təchizatı dayandırılacaq.

1 min read

Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü

Şəmkir rayonunda qaynaqçı ehtiyatsızlıqdan ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Seyfəli kəndinin ərazisində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Əli Hümbət oğlu Abdıyev qaynaq işi görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.