Sumqayıtda restorandan oğurluq edən və ikitəkərli nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıblar
1 min read

Sumqayıtda restorandan oğurluq edən və ikitəkərli nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıblar

Sumqayıt şəhəri ərazisində yerləşən restoranların birindən zərərçəkənə məxsus içərisində pul, bank kartları və digər şəxsi əşyalar olan çanta oğurlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb.

Şəhər ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə 450 manat dəyərində moped və 1500 manat dəyərində “Tufan” markalı motosikleti oğurlamaqda şübhəli bilinən S.Əliyev və N.Əlizadə də müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.