August 2026
Bu gün güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, […]
Süleymancılar icmasının üzvü: “Bizə yaraşanı edək”
Süleymancılar dini icmasının mərkəzi yataqxanasında polis axtarışı zamanı çox sayda icma üzvü binanın qarşısına toplaşıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, icma rəsmiləri hər hansı bir iğtişaşın qarşısını almaq üçün təmkinli olmağa çağırıblar. Bir rəsmi şəxs “Bizə yaraşanı edək, onlar da özlərinə yaraşanı etsinlər” deyərək izdihamı sakit olmağa çağırıb. Mərkəzi yataqxanada polis axtarışı davam […]
Bərdənin üç kəndində qaz olmayacaq
Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Zümürxan, İmamqulubəyli və Çəmənli kəndlərinin qaz təchizatı dayandırılacaq.
İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib. İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib. Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib. Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal […]
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
Abdullah Zubir “Qarabağ”dan ayrılıb. Canlixeber.com xəbər verir ki, o, ötən gün komandanın düşərgəsini tərk edib. Fransalı yarımmüdafiəçi Qətərə yollanıb. O bu ölkənin “Əş-Şahaniya” klubu ilə müqavilə imzalayacaq. Zubir tibbi yoxlanışdan keçdikdən sonra onun transferi rəsmi açıqlanacaq. Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir.
Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. Canlixeber.com xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanıb və elektrik cərəyanının xəttə qoşulması nəticəsində yanaraq həyatını itirib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma […]
“Neftçi” ABŞ-dən olan basketbolçu Cerod Robinsonu heyətinə qatıb
“Neftçi” basketbol komandası heyətinə yeni oyunçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. “Ağ-qaralar” ABŞ-dən olan müdafiəçi Cerod Robinson ilə müqavilə imzalayıb. 25 yaşlı basketbolçu cari mövsümün sonunadək “Neftçi”nin formasını geyinəcək. Xatırladaq ki, Cerod Robinson ABŞ-nin tələbə liqasında (NCAA Division II) təmsil olunan “Shepherd University Rams” komandasının heyətində çıxış edib.
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alıb, avtomobildə olan […]
Xaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Canlixeber.com xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə sağ böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin […]
Tanınmış pedaqoq vəfat etdi
Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafedra müdiri Həsən Osmanov vəfat edib. Canlixeber.com xəbər verir ki, Həsən Osmanov gimnaziyanın Tarix kafedrasına rəhbərlik edib və “Tarix Klubu”nun təsisçisi olub. Həsən Osmanov təhsil sahəsindəki fəaliyyətinə görə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb.
