August 2026
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan […]
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adlayıb
Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir. Canlixeber.com xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər. Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). […]
Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lixtenşteyn Knyazlığı hökuməti və xalqını Milli Gün münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım olunub.
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlanıb
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ölkə ərazisində yağıntılı hava müşahidə olunur – Faktiki hava
Ölkə ərazisində yağıntılı hava müşahidə olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 15-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır: “Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusarda 15, Qubada 13, Oğuzda 12, […]
Dələduzluq edən 8 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən 8 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının avqustun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
Azərbaycanda itkin düşən 19 nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avqustun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda TIR aşdı: Dizel yola dağıldı
Bakıda “Mercedes” markalı TIR aşıb. Canlixeber.com xəbər verir ki, hadisə Binəqədi rayonunda “Baksol yolu” deyilən ərazidə baş verib. Qəza nəticəsində TIR-ın yanacaq çənində olan dizel yola dağılıb.
Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Konqo Respublikası hökuməti və xalqını Milli Gün münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım edilib.
Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, tədarükə çəkisi 560 ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, […]
