August 2026
Rusiyada tkin düşən Şamil meşədə ölü tapıldı
Beş günlük axtarışdan sonra itkin düşmüş vəkil Şamil Axayevin meyiti Leninqrad bölgəsindəki meşə zolağından tapılıb. Canlixeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, onun üzərində zorakılıq və boğulma əlamətləri aşkar edilib. Vəkil sonuncu dəfə avqustun 10-da həmkarı ilə görüşməyə getdiyi Repino kəndində görülüb. Onun itkin düşməsi barədə polisə anası məlumat verib. Qadının sözlərinə görə, Axayevin işdə problemləri olub və […]
Bakıda müəllim küçədə yatdı – Hər şeyi oğurlandı
Bakıda gecəyarı küçədə yatan müəllim qarət olunub. Canlixeber.com xəbər verir ki, hadisə “20 Yanvar” metrostansiyasının yaxınlığında baş verib. İttiham aktına görə, Şamaxıdan Bakıya sərnişin daşıyan 57 yaşlı Cövdət Quliyev (şərti adla) gətirdiyi adamlardan birinin gecəyarı səkidə yatdığını görüb. O, fürsətdən istifadə edərək, həmin şəxsin 340 manatlıq mobil telefonunu və 600 manat nağd pulunu götürüb. Həmçinin […]
Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib
Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin 2 boksçusu 1/4 finala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar. Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub […]
Astarada 60 yaşlı kişi əncir dərərkən öldü
Astara rayonunda 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində baş verib. Məlumata görə, Bakışəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Bu zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun xəstəxanaya çatdırılmasından əvvəl öldüyü məlum […]
Sumqayıtda bıçaqlanma hadisəsi olub
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Rəhman Arzu oğlu Qədirov aralarında yaranmış münaqişə zamanı tanışı, 1990-cı il təvəllüdlü Sərxan Həsən oğlu Bənnayevə bıçaqla xəsarət yetirib. Yaralı Sərxan Bənnayev xəstəxanaya yerləşdirilib. Əməli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rəhman Qədirov […]
Azərbaycan Premyer Liqası: İlk turda daha iki görüş keçiriləcək
Misli Premyer Liqasının I turunda bu gün daha iki qarşılaşma keçiriləcək. Canlixeber.com xəbər verir ki, günün ilk görüşü Sumqayıtda baş tutacaq. “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. “Zirə” isə doğma arenada Premyer Liqanın debütantı “Şəfa” ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da başlayacaq. Misli Premyer Liqası I dövrə, I […]
Azərbaycanın bəzi rayonlarında leysan yağır, şimşək çaxır
Avqustun 16-ı saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, avqustun 16-sı saat 10:00 olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada […]
Beyləqanda qadın kanalda batdı
Beyləqanda qadın su kanalında batıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun II Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qadının axtarışı və xilas edilməsi istiqamətində tədbirlər görülür.
Tovuzda AĞIR QƏZA: 25 yaşlı gənc öldü
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin […]
Bu gün hava necə olacaq?
Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət isə gecə […]
