Rusiyada tkin düşən Şamil meşədə ölü tapıldı
Beş günlük axtarışdan sonra itkin düşmüş vəkil Şamil Axayevin meyiti Leninqrad bölgəsindəki meşə zolağından tapılıb.
Canlixeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, onun üzərində zorakılıq və boğulma əlamətləri aşkar edilib.
Vəkil sonuncu dəfə avqustun 10-da həmkarı ilə görüşməyə getdiyi Repino kəndində görülüb. Onun itkin düşməsi barədə polisə anası məlumat verib.
Qadının sözlərinə görə, Axayevin işdə problemləri olub və təhdidlər alıb.
44 yaşlı kişi Sankt-Peterburqun Nevski Vəkillər Kollegiyasının üzvü idi. Onun ölümü ilə bağlı araşdırma aparılır.
