1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda Böyük Kəsik istiqamətinə göndərilib. Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, […]

1 min read

İcbari tibbi sığorta ilə bağlı YENİLİK

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi nəzərdə tutulur. Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə […]

8 mins read

Dövlət Xidmətində böyük təmizləmə: 42 rəhbər cəzalandırıldı

Qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 75 əməkdaşı (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Canlixeber.com xəbər verir ki, bu barədə dövlət xidmətinin korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatlarında bildirilib. […]

1 min read

General təqaüdə göndərildi

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub. Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, […]

1 min read

İnterpolun “qırmızı bülleten”lə axtardığı Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanın Batumi şəhərində İnterpolun “qırmızı bülleten”i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Canlixeber.com xəbər verir ki, həmin şəxs ağır cinayətlər törətməkdə ittiham olunaraq Azərbaycanda axtarışa verilib. Saxlanılan şəxs barəsində müvafiq hüquqi prosedurlar icra edilərək, Bakıya ekstradisiya edilməsi üçün həbs-qətimkan tədbiri seçilib.

4 mins read

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satan 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cinayət işi həmin nazirliyin tabeliyində […]

1 min read

Bakıda 62 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb

Bakıda kimyəvi məhluldan zəhərlənən 62 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib. Məlumata görə, iyunun 14-də 1964-cü il təvəllüdlü Yaşar Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y.Rzayev ötən gün orada ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb

Bakıda evində yıxlan 79 yaşlı kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadiəs paytaxtın Nərimanov rayonunda baş verib. Məlumata görə, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən Ə.Şirəliyev ötən gün orada ölüb. Faktla bağlı araşdırma aparılır.