July 2026
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Bakıda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Mahir Vəliyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü Mahir Vəliyev aldığı xəsarətlərdən qəza yerində ölüb, avtomobildə olan sərnişin Fəridə Bədəlova isə […]
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında Masallı–Yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev, idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər “Mercedes” markalı avtomobillə toqquşub. Toqquşmanın təsirindən Rusif Babayevin […]
Emil Mustafayev daha 2 il “Sumqayıt”da
2026-2027 mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” FK futbolçu Emil Mustafayevin məxsus olduğu Ukraynanın “Polissya” klubu ilə transfer anlaşması əldə edib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. 24 yaşlı futbolçu növbəti iki mövsüm ərzində “Sumqayıt”ın şərəfini qoruyacaq. Qeyd edək ki, Emil Mustafayev ötən mövsüm komandanın heyətində keçirdiyi 14 oyunda 1 qol […]
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə
Xaricdə təhsil almaq hər bir gəncin arzusudur, lakin maliyyə məsələləri çox vaxt bu yolun ən böyük sınağına çevrilir. Yaxşı xəbər budur ki, həm təhsil haqqı, həm də yaşayış xərcləri baxımından Azərbaycanlı tələbələrin büdcəsinə tam uyğun gələn, eyni zamanda diplomu beynəlxalq səviyyədə (və Azərbaycanda) tanınan kifayət qədər ölkə var. Canlixeber.com sizlər üçün həm coğrafi yaxınlığı, həm […]
Bu gün hava necə olacaq?
İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. […]
Blogger “Arzum”un həbsi ilə bağlı məhkəmədən reaksiya
Paytaxtın Xəzər rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur. Canlixeber.com xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media […]
UEFA Çempionlar Liqası: “Sabah”ın rəqibi ən təhlükəli 3 futbolçunu açıqladı
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Uels çempionu “The New Saints” (TNS) rəqibi ilə bağlı geniş təqdimat hazırlayıb. Canlixeber.com xəbər verir ki, paylaşımda “Sabah”ın tarixi, son illərdəki yüksəlişi, oyun üslubu və heyətində diqqət yetirilməli futbolçular barədə ətraflı məlumat yer alıb. TNS bildirib ki, “Sabah” 8 sentyabr 2017-ci ildə yaradılıb və Azərbaycanın ən gənc […]
“Qəbələ” Səlahət Ağayevlə yeni müqavilə imzaladı
“Qəbələ” klubu qapıçısı Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli qolkiper daha bir il komandanın formasını geyinəcək. Səlahət Ağayev “Qəbələ”nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 komandanın uğurları üçün mübarizə aparıb. Qeyd edək ki, qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyuna […]
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək
Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Paşa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azərbaycanda tanınmış şirkətə ağır cəza: Ağdamda yaşıllıqlar məhv edilib – MƏHKƏMƏ
“Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt Iç Ve Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati protokol yazılıb. Canlixeber.com xəbər verir ki, şirkətin barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlama aparıb. Protokolda göstərilib ki, MMC tərəfindən Ağdam rayonu, Çullu kəndi ərazisində inşası davam edən “N” saylı […]
