1 min read

“Qızılağac” qoruğunda yanğın olub

Neftçala rayonunun Mikayıllı kəndində “Qızılağac” Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.