July 2026
Sel səbəbilə Zaqatalanın Meşleş kəndi ilə əlaqə kəsilib
Zaqatalanın ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib. Canlixeber.com xəbər verir ki, buna intensiv leysan yağışları üzündən Tala çayından keçən sel səbəb olub. Belə ki, Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində çayın sol sahilində Meşleş kəndinə gedən yolu sel suları yuyub və yoldan gediş-gəliş dayanıb.
Məktəblərdə təhlükəsizlik qaydalarının əhəmiyyəti
Məktəblərdə təhlükəsizlik və ilkin yardım qaydalarının tədrisi, şagirdlərin həyatı bacarıqlara yiyələnməsi və fövqəladə hallara hazır olması baxımından böyük əhəmiyyət kəsb edir. Müasir təhsil sistemində bu mövzuların tədrisi təkcə nəzəri biliklərlə məhdudlaşmamalı, həm də praktiki məşğələlərlə dəstəklənməlidir. Araşdırmalar göstərir ki, erkən yaşlardan etibarən fəlakət risklərinin azaldılması və ilkin yardımın öyrədilməsi bədbəxt hadisələrin sayını minimuma endirir. Canlixeber.com […]
“Qarabağ” Avropa Liqasında yeni mövsümə start verir
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Canlixeber.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə […]
Bu gün çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, iyulun 9-da mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. […]
“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
Son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Araşdırmalarla müəyyən edilib ki, piramidanı təşkil və idarə edən şəxslər […]
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxunub
Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etməkdə təqsirləndirilən “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovla bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Sərraf Orucov qazancının müəyyən faizi dövlət nəfinə tutulmaqla 8 ay müddətinə islah işləri cəzasına […]
Balakəndə 43 yaşlı kişini sel aparıb
Balakəndə 43 yaşlı kişini sel aparıb. Canlixeber.com xəbər verir ki, Balakən rayonu Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Hazırda onun axtarış tədbirləri davam etdirilir.
Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Növbətçilik […]
Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı
Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə, qəsəbə sakini, 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb. Faktla bağlı araşdırma aparılır.
