Piramida sistemi
“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
Son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Araşdırmalarla müəyyən edilib ki, piramidanı təşkil və idarə edən şəxslər […]
