July 2026
Gələcəkdə bu peşələr məhv ola bilər
Texnologiyanın, xüsusilə süni intellektin, avtomatlaşdırılmanın və robototexnikanın sürətli inkişafı yaxın 20 ildə əmək bazarını kökündən dəyişəcək. Rutin, təkrarlanan və məlumatların emalına əsaslanan bir çox peşə sıradan çıxmaq və ya tamamilə transformasiyaya uğramaq təhlükəsi ilə üz-üzədir. Canlixeber.com gələcək 20 ildə yox olma riski ən yüksək olan 10 peşə və onların niyə təhlükədə olduğu barədə araşdırmanı təqdim […]
Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri cənab Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Canlixeber.com xəbər verir ki,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib . […]
“Neftçi” Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün növbəti yoxlama oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın “Radniçi NİŞ” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Xatırladaq ki, “Neftçi” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub.
“Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub
“Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Əvəzedici heyətdən əsas komandaya cəlb edilən oyunçu Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat edilib. Əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.
Hansı platformalar hazırda daha effektiv hesab olunur?
“Platformanın effektivliyi ilk növbədə brendin fəaliyyət sahəsindən və hədəf auditoriyasından asılıdır”. Bu barədə Canlixeber.com-a açıqlamasında PR mütəxəssisi Züleyxa Ağaməliyeva bildirib. Onun sözlərinə görə, buna baxmayaraq hazırda ən aktiv və nəticəyönümlü platformalardan biri Instagram olaraq qalır:“Xüsusilə Reels formatı brendlərə geniş auditoriyaya çatmaq və üzvi baxış sayı əldə etmək imkanı yaradır. TikTok isə kreativ və qısa videolar […]
Velosiped və skuter sürənlərin NƏZƏRİNƏ
Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan işıqforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. NİİM tərəfindən görülən işlər çərçivəsində paytaxtın Nəsimi və Yasamal rayonlarındakı svetoforlara quraşdırılan velosiped […]
Azərbaycan builki UEFA əmsallar cədvəlinə başçılıq edir
Azərbaycan bu həftə UEFA əmsallar cədvəlində 0.750 xal toplayıb və builki reytinqə başçılıq edir. Canlixeber.com xəbər verir ki, “Sabah” və “Zirə”nin qələbə estafetini “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində davam etdirib. Belə ki, ağdamlılar Bakıda baş tutan ilk oyunda İslandiya təmsilçisi “Vestri”ni 3 cavabsız qolla məğlub edib. “Köhlən atlar”in qələbəsi sayəsində ölkənin balansına daha […]
Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi – CƏZA
Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Arif Həsrətovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Arif Həsrətov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, […]
Gəncədə yeniyetmə yaşıdını bıçaqlayıb
Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 2010-cu il təvəllüdlü Ə. Süleymanov bud nahiyəsindən bıçaq xəsarəti alıb. İlkin məlumata görə, hadisəni onun həmyaşıdı A. Axundov törədib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
Bu gün Bakının Zirə qəsəbəsi, Yasamal rayonu və Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, bu gün Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid Əzim […]
