July 2026
Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü – TƏFƏRRÜAT
Qusar sakini həmkəndlisini xüsusi amansızlıqla döyüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hil kəndində baş verib. 1971-ci il təvəllüdlü İzaməddin Mərdanov (soyadı şərtidir) uzun müddət Rusiyada yaşayıb və bizneslə məşğul olub. O, bir müddət əvvəl Qusar rayonuna qayıdıb, kənddə təsərrüfat yaradaraq, burada da sahibkarlıqla məşğul olmağa başlayıb. O özünə məxsus bağ sahəsində işləməyə gedərkən yolda […]
Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər
Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Elm və Təhsil Nazirliyi doqquz milyon manatlıq tender elan etdi
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Müvafiq sənədə əsasən, satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və əsaslı təmir, eləcə […]
“Qarabağ” daha bir legioneri klubdan GÖNDƏRİR
“Qarabağ” klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Canlixeber.com xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Jeremi Qnali komandasını dəyişməyə yaxındır. Belə ki, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan “Qarabağ”a cəlb edilən fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb. Artıq bir neçə komandadan təklif alan 24 yaşlı futbolçunu “Qarabağ” rəhbərliyi icarə əsasında […]
Prokuror “Beniz”ə ağır cəza istədi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra prokuror Babaxan Həsənəliyev dövlət ittihamının müdafiəsi zamanı Aybəniz Xəlilovanın 11 il azadlıqda məhrum edilməsini məhkəməyə […]
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü – Şamaxıdakı qətlin TƏFƏRRÜATI
Şamaxı şəhərində qayınatasını öldürməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Teymur Əliyevə hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il Şamaxı şəhəri, Şah İsmayıl Xətai küçəsi ev 53 ünvanında baş verib. […]
Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
Naxçıvanda iki dövlət qurumu ləğv edilərək yenidən təşkil olunur. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə […]
Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 45 yaşlı Amil Vahidov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvandan çətənə kolları və marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi […]
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib. Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Qorxu filmləri izləyərkən bunlara diqqət edin
Qorxu filmləri bir çox insan üçün həyəcan və əyləncə mənbəyi olsa da, insan orqanizmi və psixikası üzərində ciddi, bəzən isə uzunmüddətli mənfi təsirlər buraxır. Bu təsirləri həm qısamüddətli fizioloji reaksiyalar, həm də dərində yatan psixoloji travmalar şəklində qruplaşdırmaq olar. Canlixeber.com mövzu ilə bağlı araşdırma aparıb. Aşağıda qorxu filmlərinin insan sağlamlığına göstərdiyi psixoloji və fiziki ziyanların […]
