Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
1 min read

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.

Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.