July 2026
DİQQƏT – ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq. Yolun […]
Azərbaycanda iki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaqlar
Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, ölkəmizdə icra olunacaq “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cari ilin noyabr ayında baş tutacaq təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və […]
Zərdabda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var
Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 15-i saat 23 radələrində Zərdab şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Hüseynli KIA markalı, 50-EC-874 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi ağaca çırpılıb. Qəza nəticəsində sürücü Samir Hüseynli, eləcə də sərnişinlər – […]
“Sumqayıt” ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə hazırlaşan “Sumqayıt” iyulun 19-da ilk yoxlama oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyalı mütəxəssis Filipe Kandidonun rəhbərlik etdiyi komanda “Qəbələ” ilə qarşılaşacaq. Görüşə “SOCAR Polymer Arena”da, saat 18:00-da start veriləcək.
Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır. Canlixeber.com […]
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib. ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb: “Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. […]
Azərbaycanda ev heyvanları saxlayanların sayı artıb: Səbəb nədir?
Son illərdə ev heyvanı saxlayan insanların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Əvvəllər daha çox həyət evləri ilə əlaqələndirilən pişik, it və digər ev heyvanları artıq çoxmənzilli binalarda yaşayan ailələrin də gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bəziləri onları ailə üzvü hesab edir, bəziləri isə təkliyə qarşı ən yaxın dost kimi görür. Sosial şəbəkələrdə ev heyvanları ilə […]
Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb
İyulun 15-də saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib: “Pasiyent qəbul […]
Azərbaycan və Serbiya generalları görüşdülər
Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyevin və Serbiyanın Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdikləri nümayəndə heyətləri görüşüb. İclasın növbəti mərhələsində […]
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər – SİYAHI
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. Bildirilib ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, […]
