July 2026
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bu gün Bakının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməcilik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və […]
Bu gün hava necə olacaq?
İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-55% təşkil […]
“Araz-Naxçıvan” burundili Abdallah Sudi ilə müqavilə imzalayıb
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir. O, müxtəlif illərdə “Vital O”, “Kiqali”, “Al-Faisaly”, “Muktijoddha”, “Əl-Naft”, “Kuçinq”, “Əl Əttihad”, PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın “Persijap” komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını […]
İt dişləməsi zamanı bunlara diqqət etməlisiniz
İt dişləməsi həm fiziki zədələnmə, həm də infeksiya riski baxımından ciddi yanaşılması gərəkən bir tibbi vəziyyətdir. Belə bir hadisə baş verdikdə, ilk saniyələrdən etibarən doğru və soyuqqanlı addımlar atmaq həyatı əhəmiyyət kəsb edir. Canlixeber.com mövzu ilə bağlı araşdırma aparıb. İlk növbədə, hadisə yerindən uzaqlaşaraq təhlükəsizliyin təmin olunması və panikaya düşməmək lazımdır. Əgər dişləyən heyvan sahiblidirsə, […]
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şabran rayonunda 53 yaşlı kişini elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 15-də qeydə alınıb. 1973-cü il təvəllüdlü Arif Camayev yaşadığı Düzbilici kəndində evinin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün baş verib. Məlumata görə, 1934-cü il təvəllüdlü Surayə Babayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti Yevlaxın Qasım bəy Zakir küçəsində yerləşən yaşadığı evdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Quba sakinini cərəyan vuraraq öldürüb
Quba rayonunda 38 yaşlı qadını elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Nügədi kəndində baş verib. Məlumata görə, 1998-ci il təvəllüdlü N.Əhmədova yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
“Azəriqaz” İstehsalat Birliyinin (İB) Texniki İstismar şöbəsi ləğv edilib. Canlixeber.com xəbər verir ki, ləğv edilən şöbənin yerində “Azəriqaz”ın aparatında İstismar Departamenti yaradılıb. Ləğv edilən Texniki İstismar şöbəsinin müdiri Səməd Əliyev sözügedən departamentin rəisi təyin olunub. Bununla bağlı qurumun baş direktoru Azər Məmmədov əmr imzalayıb.
Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ
Şəmkir rayonunda 13 yaşlı yeniyetmə boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, Dəllər qəsəbəsindəki evin hamam otağında vannada yuyunan zaman 2013-cü il təvəllüdlü Y.M. qıcolma nəticəsində boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ
Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası təsdiq olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Nəzərdə tutulmuş tikinti obyektləri üçün parklanma yerlərinin əhalisi 50 min nəfərədək olan yaşayış məntəqələrində 50%, əhalisi 50-100 min nəfərədək olan yaşayış məntəqələrində isə 25% azaldılmasına yol veriləcək. Bu sənədlə nəzərdə tutulmuş […]
