4 mins read

Yayda hara getmək yaxşıdır: Dənizə yoxsa hovuza?

Deniz yoxsa hovuz? Bu sual hər yay mövsümündə istirahət planlaşdıranların qarşısına çıxan ən klassik dilemma hesab olunur. Hər iki seçimin özünəməxsus üstünlükləri, çatışmazlıqları və insan orqanizminə fərqli təsirləri var. Doğru qərar vermək üçün onların təqdim etdiyi imkanları hərtərəfli müqayisə etmək lazımdır. Canlixeber.com sizlər üçün bu müqayisəni aparıb. Təbiilik və Sağlamlıq Baxımından DənizTəbii Minerallar: Dəniz suyu […]

1 min read

Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Zərdabda avtomobil qəzası olub, xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb. Fakt araşdırılır.

1 min read

UEFA Konfrans Liqası: “Neftçi”nin Bakıdakı oyununu kiprli hakim Konstantinos Fellas idarə edəcək

Bakıda “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında təşkil ediləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Canlixeber.com xəbər verir ki, qarşılaşmanın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq. Ona Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək. Xatırladaq ki, iyulun 22-də […]

1 min read

Milyonluq mənimsəməyə görə tutulan Müdafiə Nazirliyinin sabiq xidmət rəisi barədə qərar verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edək ki, Rəşad Məlikzadə […]

1 min read

UEFA Avropa Liqası: “Qarabağ”ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlanıb

“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib. Canlixeber.com xəbər verir ki, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək. Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da Federiko La Penna […]

1 min read

Qanunsuz saxlanılan silahlar götürülüb

İyulun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.*

1 min read

1.3 tondan artıq çətənə məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin ybanı halda bitmiş 1,3 tona yaxın çəkidə 8209 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 min read

“Kəpəz” komandasında baş məşqçi Azər Məmmədovun köməkçiləri açıqlanıb

“Kəpəz” komandasının baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıb. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.

1 min read

Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. Canlixeber.com xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Latviya yığması ilə qarşılaşıb. Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Orxan Məmmədov vurub. Bununla qrupda ikinci yeri tutan […]

1 min read

Şəmkirdə mübahisə zəminində qadın xəsarət alıb

Şəmkirdə mübahisə zəminində qadın xəsarət alıb. Canlixeber.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Səma Ocaqverdiyeva mübahisə edən həyat yoldaşını ayırmaq istəyərkən kəsici alətdən xəsarət alıb. İlkin ehtimala görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib. Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə, […]