1 min read

Odessa yaxınlığında həlak olan azərbaycanlı kapitan torpağa tapşırıldı

Ukraynanın Odessa limanı yaxınlığında dron hücumu nəticəsində vurulan mülki yük gəmisinin kapitanı, əslən Lənkəran rayonundan olan Səməd Nəsrullayev son mənzilə yola salınıb. Canlixeber.com xəbər verir ki, mərhumun nəşi bu gün səhər saatlarında doğulduğu Lənkəran rayonunun İkinci Balıqçılar məhəlləsinə gətirilib. Burada ailə üzvləri, yaxınları və kənd sakinləri onunla vidalaşıblar. Vida mərasimindən sonra Səməd Nəsrullayev insanların izdihamlı […]

1 min read

Xocavənd rayonunda minalanmış ərazidə yanğın başlayıb

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

2 mins read

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq […]

1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Bazar günü Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, iyulun 19-da mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

1 min read

Bu gün hava necə olacaq?

İyulun 19-da gözlənilən hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. […]

1 min read

UEFA Konfrans Liqası: “Neftçi” – “Dinamo” oyununun biletləri satışa çıxarılıb

Bakıda “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 8, 12, 35 və 50 manatdır. Biletləri klubun mobil tətbiqindən və ya bilet.neftchi.az saytından onlayn şəkildə əldə […]

1 min read

Gəncədə vətəndaş çaya yıxılıb

Gəncə şəhəri ərazisində vətəndaş Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb bədən xəsarəti […]

1 min read

Gəncədə sərnişin “BakuBus”dan yıxılaraq xəsarət alıb

Gəncədə H.Əliyev prospektində “BakuBus”a məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin- 1989-cu il təvəllüdlü Xəyalə Verdiyeva yıxılaraq xəsarət alıb. Canlixeber.com əbər verir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Məlumat üçün bildirək ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti “BakuBus”a məxsusdur. Faktla bağlı […]

1 min read

Naxçıvanın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq

Naxçıvan şəhərində iyulun 19-da 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb. Məlumata görə,iyulun 19-da saat 02:00-dan 05:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli […]

1 min read

Bakıda və bölgələrdə güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 19-20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, […]