1 min read

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu

Azərbaycanda həkimlər ağır cərrahi əməliyyatla qopmuş qolu bərpa ediblər. Canlixeber.com xəbər verir ki, 29 yaşlı qızın sol qolu ağır yol-nəqliyyat hadisəsi nəticəsində travmatik amputasiya olunub. O, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib və əməliyyat olunub. Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və nəticə olaraq xəstənin […]

1 min read

Qarabağ Universitetinə qəbul balları – Açıqlandı

Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul aparılacaq ixtisaslar üçün minimal bal tələblərini müəyyən edib. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Məlumata əsasən, ixtisaslar arasında ən az bal – 250 bal olaraq “Turizm işinin təşkili” ixtisası üzrə müəyyənləşdirilib. Ən yüksək keçid balı isə “Tibb” ixtisası üçün […]

1 min read

Bakı Metrosunda yeni təyinatlar olub

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı qurum sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub. Digər əmrlə, Rəşad İbrahimov Bakı metrosunun […]

1 min read

Azərbaycanda itkin düşən 10 nəfər tapıldı

Azərbaycanda itkin düşən 10 nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, iyulun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı

Ağcabədidə kişi itkin düşüb. Canlixeber.com xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Əsədov Adil Əsəd oğlu iyulun 25-də itkin düşüb. Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus “Mercedes-Benz” markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib. Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb. “Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də […]

1 min read

Ucarda ağır qəza – Ölənlər var

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub. İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb. Digər piyada və […]

1 min read

“Mercedes” avtomobillərində problemlər aşkarlandı

“Mercedes-Benz” şirkəti ABŞ-də 310 667 avtomobili geri çağırdığını elan edib. Buna səbəb qapının açılması sensorunda yarana biləcək nasazlıqdır. Şirkət bildirib ki, bu problem avtomobilin elektron dayanacaq tormozunun avtomatik işə düşməsinə mane ola bilər. Canlixeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb. Qərar 2019-2024-cü […]

1 min read

Azərbaycan güləşçiləri Türkiyədə xatirə turnirində iştirak edəcəklər

Sabah Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.Bildirilib ki, avqustun 2-dək davam edəcək yarışda yunan-Roma və sərbəst güləş üzrə millilərimizin 23 üzvü mübarizə aparacaq. Məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Nihad Quluzadə, Rəşad […]

1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 31-də arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.