Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
1 min read

Azərbaycanda itkin düşən 10 nəfər tapıldı

Azərbaycanda itkin düşən 10 nəfər tapılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.