Ucarda ağır qəza – Ölənlər var
1 min read

Ucarda ağır qəza – Ölənlər var

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub.

İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb.

Digər piyada və sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.