1 min read

Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən Şəmkir rayonu, “Ağ dağlar” yolunun yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Yoxlama zamanı müəyyən olunub ki, Agentliyin müfəttişləri tərəfindən bir müddət əvvəl […]

1 min read

Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub

Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlanıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Canlixeber.com-a verilən məlumatda bildirilir ki, həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb. “Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini […]

1 min read

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı – Ölənlər var

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi “Mercedes Atego” markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il […]

1 min read

Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı

Lənkəranda axtarışda olan kişinin meyiti kanaldan tapılıb. Canlixeber.com xəbər verir ki, Yuxarı Nüvədi kənd sakini 48 yaşlı Mais Əzizağa oğlu Abdullayevin cəsədi Bəllərbur kəndinin ərazisindəki kanalda aşkarlanıb. Məlumata görə, mərhum iyulun 26-da itkin düşüb və axtarışa verilibmiş. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Xankəndi – Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var

Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı

Şamaxıda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb. 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Ağayevin oğlu, 37 yaşlı Anar Ağayev saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş

Bakıda 59 yaşlı həyat yoldaşı Şəhla Hüseynovanı qətlə yetirən və məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilən İlham Hüseynovun törətdiyi cinayətin təfərrüatı bəlli olub. Canlixeber.com xəbər verir ki, mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləyən arvadını öldürən şəxs əməlini qısqanclıqla əsaslandırıb. Yoldan keçənlərin qadına pul verməsi və 8 Martda bağışlanan gül onda şübhə yaradıb. Araşdırma […]

1 min read

Bakıda dəhşətli qətl

İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O.Yusubov aldığı xəsarətlərdən ölüb. Hadisəni törədib qaçan S.Camalovu polis əməkdaşları saxlayıblar. Faktla bağlı araşdırma aparılır.