1 min read

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir

İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının, iyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun və iyulun 16-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz […]

1 min read

Naxçıvanda qaz təchizatı dayandırılacaq

İyulun 24-də Naxçıvan şəhərinin qaz təchizatı sistemində təmir-quraşdırma işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, saat 14:10-dan şəhərin Atabəylər, Əlincə məhəllələrinin və Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra həmin ərazilərə mavi yanacağın verilişi bərpa olunacaq. 

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması və təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək Nərimanov rayonu üzrə Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yaşayış binalarında, Azadlıq prospektinin bir hissəsində, […]

1 min read

Bu gün hava necə olacaq?

İyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80%, gündüz […]

1 min read

Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edilib

Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib. Canlixeber.con xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib. “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman […]

1 min read

“Araz-Naxçıvan” heyətini qvineyalı futbolçu Mamadu Kane ilə gücləndirib

Gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. 29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında […]

1 min read

Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. Canlixeber.com xəbər verir ki, maddi-mədəniyyət nümunələri rayon ərazisində Narbağı adlanan sahədə park salınması zamanı üzə çıxıb. Ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri tapılıb. Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat […]