8 mins read

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Dələduzluqda təqsirləndirilən Elşən Zaxarovun barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com pravda.az- istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə əvvəlki cəzası da qismən toplanmaqla Elşən Zaxarova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, Elşən Zaxarov özünü həkim və […]

1 min read

Sumqayıtda 1 700 abonentin qazı kəsiləcək

Sumqayıtda 1 700 abonentin qazı kəsiləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb. Bildirilib ki, Stansiya Sumqayıt qəsəbəsində diametri 76 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq. Bununla əlaqədar bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qaz təchizatının təmir […]

1 min read

Bakıda iki avtobus toqquşdu, 22 nəfər xəsarət aldı

Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 nömrəli xətt üzrə hərəkət edən “İSUZU” markalı avtobusla qəsəbə ərazində “Hyundai” markalı avtobus toqquşub. Canlixeber.com xəbər verir ki, TƏBİB-dən qəza nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunduğu bildirilib. Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək […]

2 mins read

“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə qismən qapalı keçirilir

Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilir. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili və zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək prosesin qapalı keçirilməsini xahiş ediblər. Onlar bildirib ki, yayılan məlumatlardan sonra həm təqsirləndirilənin, həm də […]

1 min read

2.2 ton çətənə kolu məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin qeyd edilib ki, yabanı halda bitmiş 2,2 ton çəkidə 9200 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

3 mins read

FHN yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir: “Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif […]

1 min read

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

İyulun 23-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 12, qanunsuz […]

1 min read

Maşın piyadanı vurub öldürdü

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “23.07.2026-cı il tarixdə saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində “VAZ-11173” markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada  hadisə yerində həyatını itirib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol […]

1 min read

Hacıqabulda 15 yaşlı yeniyetmə qəza törədib

Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törədib. Canlixeber.com xəbər verir ki, hadisə shər saatlarında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ə. İ. anasına məxsus “Changan” markalı avtombili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırparaq qəza törədib. Nəticədə xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.