2.2 ton çətənə kolu məhv edilib
1 min read

2.2 ton çətənə kolu məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 23-də ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin qeyd edilib ki, yabanı halda bitmiş 2,2 ton çəkidə 9200 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.