2 mins read

Elxan Səmədov yenidən PFL-in prezidenti seçilib

Bu gün Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağı keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər. Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və dünyasını dəyişmiş futbol adamlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. […]

1 min read

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası hazırlanacaq. Canlixeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının […]

1 min read

Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib. Canlixeber.com xəbər verir ki, qanun 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir. Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə […]

1 min read

İrəvan Dövlət Dram Teatrına direktor təyin olunub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.

1 min read

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, şəhərin 41-ci məhəlləsində 1967-ci il təvəllüdlü Nemət Abdullayev Nəriman oğlunun meyiti aşkarlanıb. Məlumata görə, onun bir neçə gün əvvəl həyatını itirdiyi ehtimal olunur. Meyitin aşkar edilməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilib. Meyit müvafiq ekspertiza üçün təhvil verilib. […]

1 min read

MİDA-nın mənzillərinin satışı üçün 276 milyon manata yaxın kredit verilib

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 5 442 mənzilinin satışı üçün 275,8 milyon manat güzəştli kredit verib. Canlixeber.com xəbər verir ki, bunu Fondun Baş meneceri Rasim Abdullayev bildirib. Onun sözlərinə görə, son illər güzəştli ipoteka kreditləşməsi üçün hər il dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılır: “Bu vəsaitlərin bir […]

1 min read

“Körpülərin İstismarı və Təmiri Müəssisəsi” ləğv olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC ləğv olunduğunu elan edib. Canlixeber.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci̇ məhəllə, istehsalat bazası ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Körpülərin İstismarı və […]

1 min read

UEFA Avropa Liqası: ÇSKA “Qarabağ”la cavab matçının biletlərini satışa çıxarıb

Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçının biletlərini bu gün satışa çıxarıb. Canlixeber.com xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, azarkeşlər qarşılaşmanın biletlərini onlayn, oyunun keçiriləcəyi “Vasil Levski” stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq […]

1 min read

Prokuror Anar Məmmədli və Anar Abdullayevə cəza istəyib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib. Daha sonra dövlət ittihamçısı çıxış edib. O, 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan […]

1 min read

Ramanada qətl törədən şəxsə hökm oxunub

Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Hüseyn […]