July 2026
Bakıda qanunsuz onlayn kazinoda oynayan şəxs cərimələndi
Bakının Nərimanov rayonunda qumar oynamaqda təqsirli bilinən şəxs müəyyən edilib. Canlı xəbər.com xəbər verir ki, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Məmməd Vəliyev (ad-soyad şərti verilib – red.) Azərbaycanda qumar oyunları üzrə məsuliyyət yaradan saytına daxil olub və qanunsuz kazino oyunları oynayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati protokol tərtib edilib və […]
Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı
Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.
Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü
Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb. Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb. Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.
41 dərəcə isti gözlənilir – Suda sərinləmək istəyənlərin DİQQƏTİNƏ
“Bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tuturlar. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur”. […]
Bəzi rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 25-26-da bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı […]
Bu gün çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 25-də şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba ) 27-28, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]
Dövlətə məxsus BOKT-dan dələduzluq yolu ilə kredit götürənlər tutuldu
Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru […]
Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Oğuz rayonunun Qarabulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Canlixeber.com-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
