June 2026
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha […]
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Xarici ölkələrə tur paketləri təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan edilib. Canlixeber.com xəbər verir ki, 1995-ci il təvəllüdlü Şen Zülfüqar qızı Faida ilə bağlı dələduzluq əməlləri üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı onun ölkəni tərk etdiyi müəyyən edilib. Hazırda faktla […]
Arvadını öldürmüşdü – Qayınatası onu bağışladı
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M .Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib. Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən […]
“Səbail” baş məşqçisi Adil Şükürovla vidalaşıb
“Səbail” futbol komandası baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb. Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb. Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyib.
Azərbaycanda müəllim VƏFAT ETDİ
Sumqayıt şəhərinin tanınmış müəllimlərindən olan Qalib Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki , o, 33 nömrəli tam orta məktəbdə fəaliyyət göstərib. Qalib Məmmədov tarix müəllimi kimi çalışırmış.
Rəna Məmmədovaya TƏBİB-də yüksək vəzifə verildi
Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edək ki, TƏBİB-in icraçı direktorunun yeni müşaviri, tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.
Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI
Yevlaxda güllələnmiş meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Əkşəm kəndinin ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 64 yaşlı Əjdər Cuma oğlu Pirimovun meyiti atasına məxsus evdə aşkarlanıb. Onun odlu silahdan aldığı güllə yarasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
“Instagram”da arvadına mesaj yazan şəxsi qohumları ilə birgə yolun ortasında döydü
Binəqədi Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmədə və xuliqanlıqda təqsirləndirilən Əsəd Bəşirov, onun qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovun (hər birinin adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin […]
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
Respublika üzrə iyunun 19-da pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Prokuror “Arzum” ləqəbli bloqerə cəza istədi
Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 9999” ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə […]
