June 2026
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
Respublika üzrə iyunun 19-da pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Prokuror “Arzum” ləqəbli bloqerə cəza istədi
Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 9999” ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə […]
Təhsil krediti üçün müraciət edənlərin 64%-i qadındır
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olmuş, onlardan 85 mini rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini göstərir və mexanizmin səmərəliliyinin mühüm göstəricisi hesab olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib. Qeyd edilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, […]
Təhsil tələbə krediti alan tələbələrin 766 min manat borcu bağışlanıb
Təhsil müddəti ərzində kreditlərin geri ödənişinin tələb olunmaması tələbələrə diqqəti yalnız təhsil prosesinə və akademik nəticələrə yönəlməyə imkan verir. Canlixeber.com xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib. Qeyd edilib ki, mövcud qaydalara əsasən yüksək akademik göstəricilərə malik tələbələr üçün kredit məbləğinin müəyyən hissəsinin bağışlanması mexanizmi tətbiq edilir. Məlumata görə, fond təsis edildiyin […]
Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.
Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Qındırğa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi çəkisi 1 ton 250 kiloqram olan 2563 ədəd çətənə kolu məhv edilib
33 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Canlixeber.com xəbər verir […]
44 yaşlı kişi küçədə vəfat etdi
Bakıda küçədə halı pisləşən şəxs vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahov səhhətinin qəfil pisləşməsi səbəbindən küçədə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə […]
Neft Emalı Zavodunda yanğın başlayıb
Neft Emalı Zavodunda yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər […]
