June 2026
Daşkəsəndə qaz kəsiləcək
Üç iyun saat 10:00-dan Daşkəsən şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi il əlaqədardır.
Yol polisindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Canlixeber.com müraciəti təqdim edir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava […]
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır – FƏRMAN
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılır. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib. Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin […]
İşdən çıxarılan polkovnikə cinayət işi açıldı
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, dələduzluqda ittiham edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin […]
Salyan və Şirvan şəhərlərinin bir hissəsində qaz kəsiləcək
Üç iyun saat 10:00-dan Sabirabad və Şirvan şəhərlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi il əlaqədardır.
20 ballıq cərimə sistemi ilə bağlı dəyişikliklər olacağı gözlənilir
Yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq edilən cərimə balları sistemi diqqət mərkəzindəki məsələlərdəndir. Son dövrlərdə ictimaiyyət arasında ən çox müzakirə edilən mövzulardan biri də məhz mövcud 20 ballıq həddin gələcəyi ilə bağlıdır. Canlixeber.com xəbər verir ki, bu sahədə qanunvericiliyə müəyyən düzəlişlər edilməsi nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə təqdim edilən layihə əsasında Milli Məclisdə […]
Azər Bağırov “Şamaxı”nın yeni baş məşqçisi oldu
“Şamaxı” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Canlixeber.com xəbər verir ki, klub rəhbərliyi aparılan danışıqlardan sonra Azər Bağırov ilə razılıq əldə edib. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, Azər Bağırov son olaraq “Kəpəz” komandasını çalışdırıb.
Baş həkim öz istəyi ilə İŞDƏN ÇIXARILDI
Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağayev öz ərizəsi ilə işdən azad edilib. Məlumat Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən təsdiqlənib. Bu qərar onun […]
Kahının içərisində 22 kq marixuananı gizlədib daşıyanlar ifşa edildilər
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü apardığı bəyan edilmiş nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və məhsulun içərisində şübhəli […]
Zara İbrahimzadəyə TƏBİB-də YÜKSƏK VƏZİFƏ VERİLDİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub. Canlixeber.com xəbər verir ki, sözügedən vəzifəyə Zara İbrahimzadə təyin edilib. Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Zamirə Ədilova icra edirdi. O, aprel ayında vəzifədən ayrılıb. Bir müddətdir ki, onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.
