1 min read

Sarıqayada silah-sursat aşkar edilib

Sumqayıt şəhəri, Novxanı çimərliyinin Sarıqaya adlanan ərazisində silah-sursat aşkar olunub. Canlixeber.com xəbər verir ki, qeyd olunan ərazidə istifadəyə yararlı 1 ədəd 7,62 mm çaplı “AK-47” markalı avtomat silahı, silaha məxsus 1 ədəd daraq və 38 ədəd patron tapılıb. Aşkar olunan silah-sursat aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.