June 2026
Yollarda 246 375 kv.metr sahədə təmir işləri həyata keçirilib.
Son 2 ayda Bakı və şəhər ətrafı ərazilərdə 37 ünvanda təmir işləri aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Az Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, yəəxirəsalınmaz tədbirlər çərçivəsində 7 prospekt, 13 yol və 17 küçədə təmir baş tutub. Qeyd edilib ki, yollarda 52 797 kv.m, prospektlərdə 75 971 kv.m, küçələrdə isə 117 […]
2 rayonda qaz kəsiləcək
Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki? saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan kəndinin, Türkan qəsəbəsinin və Türkan bağlar yaşayış massivinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi […]
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Canlixeber.com xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina […]
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub. Canlixeber.com xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Hadisə nəticəsində Anar Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü
Sumqayıtda avtobusda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib. Məlumata görə, 1951-ci il təvəllüdlü Əliyev Əlişir Əşir oğlu “10 V” nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunda olarkən səhhətində qəfil problem yaranıb. Sərnişinlərin və sürücünün diqqətindən yayınmayan hadisə zamanı dərhal […]
5 yaşlı uşaq su anbarında boğuldu
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəldi
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib. “Tipos Arena”dakı qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar. Günün digər görüşlərində Rumıniya Avstriyanı (7:0), Serbiya […]
Samuxda Kür çayının yaxınlığında yeniyetmənin meyiti tapılıb
Samux rayonunda 17 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun […]
Bu gün güclü külək əsəcək
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax, […]
