June 2026
“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu
Avropa arenasında ölkəmizi təmsil edəcək “Neftçi” və “Zirə” klublarının UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin adları bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq “Neftçi”ni olduqca maraqlı sınaqlar gözləyir. Paytaxt təmsilçisinin potensial rəqibləri sırasında “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa) və “Apollon” […]
Nazirlikdən XƏBƏRDARLIQ: Partlayışlar olacaq
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda […]
Naxçıvanda Əməkdar müəllim vəfat edib
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Zəminə Məhərrəm qızı Nəcəfova vəfat edib. Canlixeber.com xəbər verir ki, o, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasında müəllim vəzifəsində çalışıb. Qeyd edək ki, Z.Nəcəfova uzun illər təhsil və elm sahəsində fəaliyyət göstərib.
Qardaşını bıçaqlayan şəxsə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Araz Səfərzadənin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, hadisə 2025-ci ilin əvvəlində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Araz […]
Ağdərədə “Niva” aşdı: Xəsarət alanlar var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü İsa Ağayev, sürücünün atası Bəhram Ağayev və digər sərnişin Samir Məmmədov ağır xəsarət alıblar.Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.
Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib. Canlixeber.com xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nərmin Əliyeva bildirib ki, bu gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb. “Bu gün balaca balamızı son mənzilə yola saldıq. […]
Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb
Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ. Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb. Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik […]
Bəzi rayonlarda külək güclənəcək – Sarı XƏBƏRDARLIQ
İyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil […]
Bəzi ərazilərə dolu düşəcək, yağış yağacaq – XƏBƏRDARLIQ
İyunun 17-19-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidməti sabah Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb. Canlixeber.com xəbər verir ki, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.
