June 2026
Meteohəssas insanların nəzərinə
İyunun 19-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və gündüz saatlarında isti diskomfort temperatur rejimi gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, bu bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba 21-22, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.
Gəncə sakini zarafata görə dostunu taxta parçası ilə döydü
Gəncə şəhərində dostunu zarafata görə döyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, şəhər sakini – 1973-cü il təvəllüdlü Mahir Məcidovun (ad və soyad şərtidir – red.) uşaqlıq dostu Yaşar söhbət zamanı ona zarafat edib. Həmin vaxt əsəbi olan Mahir zarafatı ciddi qəbul edib və dostlar arasında mübahisə yaranıb. Bu zaman M.Məcidov yaxınlıqdakı su arxından […]
Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən Hacı Bəyverdi məscidinin sabiq axundu Taleh Sadıqov oğlunun şikayəti əsasında saxlanılıb. Canlixeber.com xəbər verir ki, 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ali təhsilli Taleh Sadıqov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi (dini yığıncaqların, yürüşlərin və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) ilə protokol […]
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha […]
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Xarici ölkələrə tur paketləri təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan edilib. Canlixeber.com xəbər verir ki, 1995-ci il təvəllüdlü Şen Zülfüqar qızı Faida ilə bağlı dələduzluq əməlləri üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı onun ölkəni tərk etdiyi müəyyən edilib. Hazırda faktla […]
Arvadını öldürmüşdü – Qayınatası onu bağışladı
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M .Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib. Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən […]
“Səbail” baş məşqçisi Adil Şükürovla vidalaşıb
“Səbail” futbol komandası baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb. Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb. Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyib.
Azərbaycanda müəllim VƏFAT ETDİ
Sumqayıt şəhərinin tanınmış müəllimlərindən olan Qalib Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki , o, 33 nömrəli tam orta məktəbdə fəaliyyət göstərib. Qalib Məmmədov tarix müəllimi kimi çalışırmış.
Rəna Məmmədovaya TƏBİB-də yüksək vəzifə verildi
Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edək ki, TƏBİB-in icraçı direktorunun yeni müşaviri, tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.
