June 2026
Bakıda daş karxanasında faciə: 49 yaşlı kişi öldü
Bakının Qaradağ rayonu ərazisində ölüm hadisəsi olub. Canlixeber.com, hadisə Qızıldaş qəsəbəsi ərazisindəki daş karxanasında baş verib. Orada işləyən Cəlilabad rayon sakini – 1977-ci il təvəllüdlü Əkrəm Əliyev ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar “Bakı Metropliteni” QSC-nin qatarlarının hərəkət qrafiki dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Məlumata əsasən, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək. “Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin […]
Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb
Lənkəran rayonu ərazisində hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı sürücü H.Kəlbizadənin narkotik vasitədən istifadə etməsinə dair […]
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Babək Səmədov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə B.Səmədov […]
Dənizdə batan dörd dostdan sonuncusunun da MEYİTİ TAPILDI
İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa […]
Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-red) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb. Canlixeber.com xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini başa vurub. O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib. Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. […]
Astarada sahibkar mağazasında ÖLDÜ
Astara rayonunda 60 yaşlı kişi mağazada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Həmidulla İbadulla oğlu Nəcəfov iyunun 24-də kənd ərazisində yerləşən mağazasında ürək çatışmazlığından ölüb. Faktla bağlı Astara Rayon Prokurorluğu araşdırma aparır.
Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq
Balıq ovu ilə məşğul olmaq üçün istifadə edilən balıqçı gəmiləri və balıq ovu alətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” Qanun layihəsində əksini tapıb. Balıqçı gəmilərində normativ hüquqi aktlarla müəyyən […]
Hidayət Heydərov Çindəki turnirdə fərqli çəki dərəcəsində mübarizə aparacaq
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq. Canlixeber.com Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı 81 kq-da çıxış edəcək. Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda ölkənin 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq. Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi […]
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir – ÜNVANLAR
Aşura günü münasibətilə Azərbaycanda müxtəlif ünvanlarda qanvermə aksiyası keçirilir. Canlixeber.com xəbər verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir. Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, […]
