June 2026
“Araz-Naxçıvan” kapitanı Urfan Abbasovla vidalaşıb
“Araz-Naxçıvan” PFK futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib. Canlixeber.com xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” FK məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edir, karyerasında uğurlar arzulayır. Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe […]
Naxçıvanda fiziki qüsurlu uşaq faciəli şəkildə öldü
Naxçıvan Muxtar Respublikasında qüsurlu uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 23-də axşam saatlarında Babək rayonunda baş verib. Rayonun Şıxmahmud kənd sakini, yerimə qabiliyyətini itirmiş 2016-cı il təvəllüdlü oğlan yaşadığı evin həyətində əlil arabasında hərəkət edərkən ehtiyatsızlıqdan arabadan yıxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya çatdırılsa da, onun […]
Azər Məmmədov yeni yaradılan şöbəyə rəis təyin etdi
“Azəriqaz” İstehsalat Birliyində daha bir şöbə yaradılıb. Canlixeber.com xəbər verir ki, qurumun Aparatında Mühəndislik və layihə şöbəsi fəaliyyətə başlayıb. Şöbənin rəisi vəzifəsinə Ülvi Kərimov təyin olunub. Bununla bağlı qurumun baş direktoru Azər Məmmədov əmr imzalayıb. Qeyd edək ki, bir neçə gün əvvəl “Azəriqaz” İB Aparatının Müştəri təcrübələrinin idarəedilməsi şöbəsinin yaradılması ilə bağlı da məlumat verilmişdi.
“Mercedes”in sürücüsü məsuliyyətdən yayınarkən saxlanılıb
Şamaxı rayon sakini Elçin Sadıqov “Mercedes Vito” avtomobilini idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çox sayda ödənilməyən cəriməsi olduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Hüquq və vəzifələri izah olunarkən E.Sadıqov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb […]
Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, o, yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, B.Nəcəfov uzun müddət sözügedən vəzifədə çalışıb.
Ali Məhkəmə: Bəzi hallarda daşınmaz əmlak əsl mülkiyyətçinin xəbəri olmadan başqa şəxslərin adına rəsmiləşdirilir
Məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda mənzil, fərdi yaşayış evi, torpaq sahəsi, qaraj və digər daşınmaz əmlak əsl mülkiyyətçinin xəbəri və razılığı olmadan saxta sənədlərlə başqa şəxslərin adına rəsmiləşdirilir. Canlixeber.com zəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, daha sonra həmin əmlak dövlət reyestrində aparılmış əsassız qeydiyyata əsaslanaraq üçüncü şəxslərə satılır. Belə […]
“Arzum”un hökmü təxirə salındı
Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədikləri üçün məhkəmə təxirə salınıb. Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan sonuncu prosesdə hökmün elan […]
Azərbaycanda beş ayda verilən ipoteka kreditinin həcmi açıqlanıb
Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 200 milyon manat kredit verilib. Canlixeber.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 33.3 % azalaraq 100.4 milyon manat olub. Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin […]
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, idarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə […]
Neftçalada 62 yaşlı kişi evinin zirzəmisində faciəli şəkildə öldü
Neftçala rayonunda 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Oryad kəndində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Gülməmməd Məmmədov yaşadığı evin zirzəmisində ayağı dəmir tora ilişərək yıxılıb. Hadisə nəticəsində baş nahiyəsindən xəsarət alan G.Məmmədov orada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
