Neftçala
Bu gün Neftçalada su olmayacaq
Hacıqabulda magistral içməli su xəttində qəza baş verib. Canlixeber.com xəbər verir ki, nəticədə Neftçala rayonunda içməli su təchizatında fasilələr yaranacaq. Belə ki, Hacıqabul rayonu ərazisində diametri 1 200 mm olan magistral içməli su xəttində baş verən qəza ilə əlaqədar Neftçala rayonuna verilən içməli suyun təchizatında oktyabrın 28-də günün ikinci yarısında fasilələrin yaranacağı gözlənilir.
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Samid İmanov küçəsində qeydə alınıb. Belə ki, “Khazar” markalı minik avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Neftçalada 62 yaşlı kişi evinin zirzəmisində faciəli şəkildə öldü
Neftçala rayonunda 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Oryad kəndində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Gülməmməd Məmmədov yaşadığı evin zirzəmisində ayağı dəmir tora ilişərək yıxılıb. Hadisə nəticəsində baş nahiyəsindən xəsarət alan G.Məmmədov orada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
