1 min read

Ağcabədidə avtomobillər toqquşub, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb. Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, […]

1 min read

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. Canlixeber xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övladı var.

1 min read

Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi

Naxçıvanda yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, Vəli Əliyev iyunun 18-də keçirilən cüdo üzrə Naxçıvan MR birinciliyində qızıl medal qazanmışdı.

1 min read

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

“Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacaq”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. “Bu səbəbdən qeyd olunan ərazidə görülən işlərdən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam […]

1 min read

Bu gün hava necə olacaq?

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın […]

1 min read

Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib. Canlixeber.com-un xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, həftə sonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Xidmətin rəisinin müavini qeyd edib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli […]

1 min read

73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib

Sertifikatlaşdırmanın nəticəsinə əsasən əməkhaqqına əlavələr edilən müəllimlərin sayı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sertifikatlaşdırmanın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməklə təhsildə keyfiyyətin yüksəldilməsi, eləcə də onların sosial rifah vəziyyətinin yaxşılaşdırılmasıdır: “İndiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə […]

1 min read

Xarici diplomları tanınmayanların sayı AÇIQLANDI

Xarici diplomları tanınmayanların sayı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 15.09.2025-13.06.2026-cı il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5 607 müraciət daxil olub: “Bunlardan 4 030 müraciətin ekspertizası həyata keçirilib. 1 577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3 266 […]

1 min read

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi.

1 min read

Xankəndi Tibb Mərkəzi istifadəyə verilib

İyunun 25-də Xankəndi şəhərində “Xankəndi Tibb Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, tibb ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, əhalinin keyfiyyətli səhiyyə […]