“Qəbələ” konqolu futbolçu transfer etdi
1 min read

“Qəbələ” konqolu futbolçu transfer etdi

“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb.

Canlixeber.com xəbər verir ki, “qırmızı-qaralar” Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb.

25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.

O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.