May 2026
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 38 414 turist gəlib. Canlixeber.com rəsmi statistikaya istinadən xəbər verir ,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % azdır. 3 ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib – 12 126 nəfər. Bu, 1 il əvvələ nisbətən 13,6 % çoxdur. Bundan əlavə, […]
Bakıda güclü külək onlarla ağacı aşırıb
Bakıda ötən gündən müşahidə olunan güclü külək nəticəsində 40 ağac aşıb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, güclü küləklə əlaqədar qurumun qaynar xəttinə ümumilikdə 104 müraciət daxil olub. “Dünən axşamdan davam edən güclü külək nəticəsində 40 ağac aşıb, 64 ağacın budaqları qırılıb. 39 ağac […]
“Karvan-Yevlax” baş məşqçisi ilə yollarını ayırdı
“Karvan-Yevlax” baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssisin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb. Qeyd edək ki, Füzuli Məmmədov 2025-ci ilin noyabrında “Karvan-Yevlax”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Mövsümün yekunlarına əsasən 15 xal toplayan komanda Premyer Liqanı tərk edib.
İrandan Azərbaycana 20 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barəde Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin […]
İsmayıllıda güclü külək fəsadlara yol açıb
İsmayıllıda güclü külək Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də, həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb. Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli ağaclar yolun hərəkət hissəsinə aşıb. Hadisə […]
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Canlixeber.com verir ki, hadisə şəhərin Dənizkənarı Bulvar ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb. Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Ağdərədə insana məxsus sümüklər TAPILDI: İtkin düşən ailəyə aid olduğu ehtimal edilir
Ağdərə rayonu, Baş Güney kəndində insana məxsus sümüklər aşkar edilib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, aşkar edilən sümük fraqmentlərinin Balay Ələsgər oğlu Qəribovun ailə üzvlərinə aid olduğu ehtimal edilir. Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərov tərəfindən aşkarlanıb. Qeyd edək ki, 1992-ci il mart ayının 12-si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri […]
Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əmumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.
Bakıda “mall”un dam örtüyü uçdu
Ötən gecə güclü külək Bakıda bir sıra fəsadlar törədib. Cənlixeber.com “Unikal”a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin dam örtüyü uçub Damdan qopan böyük dəmir parçaları yola və park edilmiş avtomobillərin üzərinə düşüb.3ıb.
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən […]
