1 min read

Avropa çempionatı: Azərbaycan Fransaya qarşı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün üçüncü oyununa çıxır. Canlixeber.com xəbər verir ki, millimiz Fransa yığması ilə qarşılaşacaq. “Tipos Arena”dakı matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi ilk turda Avstriya yığmasını 1:0, növbəti oyunda isə İtaliyanı 3:0 hesabı ilə məğlub edib və bununla Avropa […]

1 min read

Məktəb direktoru vəfat etdi

Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru, Alidə Hüseynova vəfat edib. Canlixeber.com xəbər verir ki, pedaqoq səhətində yaranan problemlər sonrası dünyasını dəyişib. Qeyd edək ki, mərhum 21 ilə yaxın Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinndə direktor işləyib. 

1 min read

Meteohəssas insanların nəzərinə

Mayın 30-na olan tibbi-meteoroloji proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və rütubətli hava şəraitinin müşahidə olunacağı gözlənilir. Qeyd olunub ki, belə hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Buna görə də həssas şəxslərə sağlamlıqlarına diqqət yetirmələri tövsiyə olunur.

1 min read

Bu gün hava necə olacaq?

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi […]

1 min read

Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib. “Tipos Arena”da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar. Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib – 3:1. Xatırladaq ki, ötən gün Avstriyaya minimal […]

1 min read

DYP sürücüləri yağışlı havada ehtiyatlı olmağa çağırıb

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki, qurum sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, […]

1 min read

Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində – Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, ATECO və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

1 min read

Azərbaycanda yağıntılı hava nə vaxtadək davam edəcək? – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qeyd olunub ki, Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının […]

1 min read

Bəzi ərazilərdə yağış yağır, küləyin sürəti 28 m/s-yə çatır – FAKTİKİ HAVA

Mayın 29-u saat 16:00-a olan faktiki hava durumu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda arabir şimşək çaxır, yağış yağır. Bir sıra ərazilərdə qərb küləyi əsir, […]

1 min read

Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib

Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən əhalinin ixtiyarına verilib. Canlixeber.com xəbər verir ki, divarlarında aşınmalar və zədələnmələr aşkar edilən mərkəzdə yenidənqurma işləri aparılıb. Əsaslı təmir edilən Mədəniyyət Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarəetmə, həmçinin turizmyönümlü xidmətlərin həyata keçirilməsi […]