1 min read

Qaradağda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.