Karvan Yevlax FK
“Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib
Azərbaycanın I Liqa təmsilçisi “Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, N.Şixamirovun son klubu I Liqanın digər təmsilçisi “Şimal” olub.
