Ölüm hadisəsi
Samuxda Kür çayının yaxınlığında yeniyetmənin meyiti tapılıb
Samux rayonunda 17 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun […]
Bakıda cərrah vəfat etdi
Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 44 yaşında dünyasını dəyişib. Qeyd edək ki, A.Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi cərrah olaraq fəaliyyət göstərirdi.
Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü
Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib. 2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Ötən ay 85 nəfər zəhərlənib, 2-si ölüb
2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə KTM-dən bildirilib. Qeyd edilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını […]
FHN: Bayram günlərində 221 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb
Ötən həftə 221 yanğına çıxış olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı və Müstəqillik […]
Abşeron məktəbinin müəllimi vəfat etdi
Abşeron rayonu, Mehdiabad qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Süleymanova Tahirə Fərəməz qızı vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə təhsil ocağından məlumat verilib. O, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Azərbaycanın tanınmış aktyoru vəfat etdi
Azərbaycanın tanınmış aktyoru vəfat edib. Canlixeber.com Manset.az-a istinadən xəbər verir ki, “Bizim Cəbiş müəllim” filmindəki məşhur “Makedon” obrazı ilə yaddaşlarda qalan aktyor Aqil Ağacanov vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Aqil Ağacanov həmçinin “Yuxu” filmində də rol alıb. Aktyor tamaşaçıların yaddaşında isə daha çox “Makedon” […]
Ağcabədidə qadın meyiti tapılıb
Ağcabədi rayonunda su kanalından qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Təzəkənd kəndi yaxınlığındakı hissəsində qeydə alınıb. Araşdırmalar zamanı suda tapılan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyənləşdirilib. Meyit aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycanlı iş adamı vəfat etdi
Sabirabad rayonunda tanınmış iş adamı vəfat edib. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, Sabirabad rayon bazarının müdiri Seyidəli Seyidov qəfil dünyasını dəyişib. O, tromboemboliyadan (ürək-damar çatışmazlığı – red.) vəfat edib.
Məktəb direktoru vəfat etdi
Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru, Alidə Hüseynova vəfat edib. Canlixeber.com xəbər verir ki, pedaqoq səhətində yaranan problemlər sonrası dünyasını dəyişib. Qeyd edək ki, mərhum 21 ilə yaxın Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinndə direktor işləyib.
