Ölüm hadisəsi
Azərbaycanda baş müəllim VƏFAT ETDİ
Lənkəran Dövlət Universitetinin (LDU) baş müəllimi Eldar Əsəd oğlu Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, o, universitetin Tarix və onun tədrisi metodikası kafedrasında çalışıb. E.Məmmədov 67 yaşında dünyasını dəyişib.
Azovda gəmilərə hücum zamanı həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb. “Müvafiq […]
Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb
Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb. “Report” xəbər verir ki, iyunun 8-i saat 10 radələrində Ağcabədi şəhər sakini ruhi xəstə 1966-cı il təv. Sərxan Savalan oğlu Şirinov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb
Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb. Canlixeber.com xəbər verir ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ahıl qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Bərdədə qəza olub, ölən və yaralananlar var
Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb. Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir. […]
Goranboyda ağır qəzada iki nəfər öldü
Goranboy rayonunda ağır yol qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. “VAZ 2107” markalı avtomobillə “VAZ 2106” markalı maşınların toqquşması nəticəsində iki nəfər ölüb təxminən 6 nəfər yaralanıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
Ruslan Quliyev vəfat etdi
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Canlixeber.com Sfera.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi ilə bağlı dəqiq məlumat hələlik […]
Goranboyda kişinin meyiti babasının məhləsində tapıldı
Goranboy sakininin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Tatarlı kənd sakini 1996-cı il təvəllüdlü Elməddin Məmmədovun meyiti babasının yaşadığı məhlədə aşkar edilib. Mərhum ailəli olub, bir övladı var. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.
Abşeronda qadın faciəli şəkildə öldü
Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 1984-cü il təvəllüdlü Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evin həyətində iş görərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 13 yaşlı oğlan və atası dəm qazından ölüb
Bakıda ata və oğul dəm qazından boğulub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib. İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı […]
