1 min read

Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb

Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, Şüvəlan qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev qəsəbənin ərazisində dənizdə çimərkən boğulüb. Ş.Əliyevin meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Beyləqanda 11-ci sinif şagirdi vəfat edib

Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, rayonun Eyvazallar kəndinin sakini Elvin Aslanlı ürək çatışmazlığından vəfat edib. Elvin Aslanlı Eyvazallar kənd tam orta məktəbinin 11-ci sinfini bu il bitirib. O, kənd qəbiristanlığında dəfn edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Göygöldə FACİƏ – İki uşaq BOĞULDU

Göygöl rayonunda iki nəfər göldə boğulub. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki göldə baş verib. Göygöl rayon sakinləri – 2016-cı il təvəllüdlü Yusif Nəsibov və 2017-ci il təvəllüdlü Ramil Həsənov göldə çimən zaman batıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb ediliblər. Xilasedicilər hər iki şəxsin meyitlərini taparaq sudan çıxarıblar.

1 min read

Qubada hoteldə meyit tapıldı

Quba rayonunda 67 yaşlı kişi hoteldə ölü tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki hotellərdən birində baş verib. 1959-cu il təvəllüdlü Xanuka Panivilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti hotel nəzarətçisi tərəfindən qonaq otaqlarından birində aşkarlanıb. Faktla bağlı Quba Rayon Prokurorluğund araşdırma aparılır.

1 min read

Bakıda “Qazel” motosikletlə toqquşub, bir nəfər ölüb

Bakıda maşın motosikletlə toqquşub, bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Rafiz Qurbanov idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Mirzə Məhəmmədin idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü Mirzə Məhəmməd ölüb, sərnişin Nihat Məmmədov xəsarət alıb. Faktla bağlı […]

1 min read

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib. Canlixeber.com xəbər verir ki, onların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək. Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov […]

1 min read

Xaçmazda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb

Xaçmaz rayonunda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir. Meyit müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji […]

1 min read

Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR

Bakıda qadın sürücü piyadanı vurub öldürüb. Canlixeber.com xəbər verir ki, Şəfəq Fərman qızı Məmmədova idarə etdiyi “Mazda” markalı avtomobillə paytaxtın Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Arzu Əhməd qızı Əliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu.

İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib […]

1 min read

Arazda batan 11-ci sinif şagirdinin meyiti tapılıb

Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Canlixeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd olunub ki, T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə iyunun 7-si axşam […]